Almaniya "Bavariya”sının yarımmüdafiəçisi Frank Riberi Fransa yığmasının dünya çempionatına aparılacaq yekun heyətinə salınıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı xəbər verib.
Bir müddət öncə yığmanın lideri onurğa sütunundakı problemlər üzündən mundialdan kənar qalma təhlükəsi ilə üzləşmişdi. Lakin 6 həftəlik müalicədən sonra Riberi bərpa olunub və Braziliyada "xoruzlar”a kömək edə biləcək.
Fransa millisinin yekun heyəti:
Qapıçılar: Uqo Lyoris ("Tottenhem”, İngiltərə), Stefan Rüfye ("Sent-Etyen”), Mikael Landro ("Bastiya”);
Müdafiəçilər: Matye Debüşi ("Nyukasl”, İngiltərə), Lüka Din (PSJ), Patris Evra ("Mançester Yunayted”, İngiltərə), Loran Koselni, Bakari Sanya (hər ikisi "Arsenal”, İngiltərə), Elyakim Manqala ("Portu”, Portuqaliya), Mamadu Saho ("Liverpul”, İngiltərə), Rafael Varan ("Real Madrid", İspaniya);
Yarımmüdafiəçilər: Yoan Kabay, Blez Matüidi (hər ikisi PSJ), Kleman Qrenye ("Lion”), Rio Mavuba ("Lill”), Pol Poqba ("Yuventus”, İtaliya), Mussa Sissoko ("Nyukasl”, İngiltərə), Matye Valbuena ("Marsel”), Frank Riberi ("Bavariya”, Almaniya);
Hücumçular: Kərim Benzema ("Real Madrid", İspaniya), Olivye Jiru ("Arsenal”, İngiltərə), Antuan Qrizmann ("Real Sosyedad”, İspaniya), Loik Remi ("Nyukasl”, İngiltərə).