
Braziliya yığma komandasının hücumçusu Neymar millinin baş məşqçisi Luis Felipe Skolari barədə fikirlərini bölüşüb. Sportnet.az-ın "AS"-a istinadən yaydığı məlumata görə, "Barselona"nın futbolçusu Skolarininin timsalında daim qalib gördüyünü bildirib.
Bu gecə DÇ-2014-ün açılış matçında Xorvatiyaya qarşı keçiriləcək görüş öncəsi, braziliyalı futbolçu həmişə yüksək səviyyəli məşqçilərlə işlədiyini qeyd edib: "Uşaq yaşlarımdan Skolarinin fəaliyyəti ilə maraqlanıram. Mənə öyrətdiklərinə görə ona minnətdaram. İndi də aşıladıqlarını həyata keçirmək növbəsi məndədir".