
DÇ-2014 çərçivəsində Yunanıstanla oyunda (3:0) ilk qolun müəllifi olmuş Kolumbiya yığmasının müdafiəçisi Pablo Armero ömrüboyu bu arzuyla alışıb-yandığını etiraf edib. Sportnet.az-ın məlumatına görə, cənubi amerikalı futbolçu komandasının hədəfinin maksimum dərəcədə irəliləmək olduğunu bildirib.
Oyundan sonra vurduğu qolun sevincini bölüşən 28 yaşlı futbolçu Tanrıya, ailəsinə və komanda yoldaşlarına öz minnətdarlığını bildirib: "Emosiyalarım aşıb-daşır. Axı həyatımın röyası çin olub. Futbolda ən böyük arzum DÇ-nin final mərhələsində qol vurmaq olub".