ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann DÇ-2014-də Qana millisi üzərində 2:1 hesablı qələbəni şərh edib. Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis hesab bərabərləşərkən də qələbə qazanacaqlarına əmin olduğunu bildirib.
Komandasını qələbə münasibəti ilə təbrik edən baş məşqçi görüşün asan keçməyəcəyini əvvəlcədən bildiklərini söyləyib. O, hesab bərabərləşdikdən sonra yetirmələrinin daha 2-3 dəfə rəqib qapısının torunu silkələmə şansı qazanacaqlarına inandığını dilə gətirib: "Yaratdığımız vəziyyətlərin cəmi birindən faydalanmaq lazım idi. Bu, məhz ümid etdiyimiz startdır. Bunun üçün xeyli çalışdıq, bəhrəsi kimi, aktivimizə ilk 3 xalı yazdırdıq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |