Yaponiya millisinin baş məşqçisi Albertro Zakkeroni DÇ-2014-ün qrup mərhələsində Yunanıstanla qolsuz bərabərliyi şərh edib. Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis bu görüşdə qələbənin onlara hava-su kimi lazım olduğunu bildirib.
Yetirmələrinin tez-tez yerlərini dəyişməklə, yunanları çaş-baş saldıqlarını bildirən Zakkeroni, ərazi üstünlüyünün daha qabarıq şəkildə Ellada təmsilçisinin azlıqda qalmasından sonra üzə çıxdığını dilə gətirib. Fasilədən sonra kifayət qədər qol vəziyyətləri yaratdıqlarını önə çəkən asiyalıların baş məşqçisi, bunlardan faydalana bilmədiklərindən heyfslənib: "Final akkordunu qoya bilmədik. Buna üzülürəm".
Qeyd edək ki, Yaponiya - Yunanıstan qarşılaşmasının 38-ci dəqiqəsindən etibarən, avropalılar azlıqda qalıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |