
İngiltərə yığma komandası dünya çempionatlarının final mərhələsi tarixində antirekorda imza atıb. Sportnet.az-ın məlumatına görə, "Dumanlı Albion" təmsilçisi ilk dəfə olaraq, ardıcıl 3 oyunda məğlub olub.
DÇ-2014-ün qrup mərhələsinin açılış matçında İtaliyaya 1:2 hesabı ilə uduzan Roy Hocsonun yetirmələri, ötən gecə eyni hesabla Uruqvay qarşısında da boyun əyib. Ötən mundialın 1/8 finalında isə ingilislər Almaniya tərəfindən darmadağın edilib - 1:4.