
İranda qadınların stadionlara girişinə razılıq verilib. Sportnet.az-ın məlumatına görə, bu ayın sonunda Tehranda baş tutaca Dünya Voleybol Liqasının oyunlarında qadınlar məhdud sayda da olsa iştirak edəcəklər.
2014-ci ildə İranda Beynəlxalq Voleybol Federasiyasının təşkil etdiyi matçı izləmək üçün gələn qadın həbs olunmuşdu.
2015-ci ilin yanvarında isə hökümət ölkədə yaşayan xarici qadınların kişi idmançıların yarışlarını izləməyə icazə verilib, lakin iranlı xanımlar üçün qadağa qoyulub.