“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.
Sportnet.az xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə nəticəsində uçuş ekipajı sağ qalmayıb, hər iki pilot həlak olub.
Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.