Beynəlxalq İdman Arbitraj Məhkəməsi idmançı Vanessa Meyin cəzasını ləğv edib. Sportnet.az-ın məlumatına görə, oyunların nəticəsini saxtalaşdırmaqda ittiham olunan idmançı Xizəksürmə Federasiyası tərəfindən 4 illik diskvalifikasıya olunub.
Tanınmış skripkaçı Vanessa Mey Soçidə keçirilən xizəksürmə yarışlarında iştirak edib və nəhəng slalomda 67-ci yeri tutub. Mey yarışın qalibi Tina Mazdan 50,10 saniyə geri qalıb və finiş xəttinə sonuncu gəlib. İdmançı Soçidə Taylandı təmsil edib və yarışda atasının Vanakorn soyadı ilə çıxış edib.
Soçi Olimpiyadasına vəsiqə qazanmaq çıxış üçün lazım olan xalları İsveç, Norveç, Sloveniya və İsveçrədə keçirilən yarışlarda toplamaq lazım idi. Sloveniyanın Xizəksürmə Federasiyasından verilən məlumatda, Meyin Sloveniyada göstərdiyi nəticənin Tayland Xizəksürmə Federasiyasının rəsmilərinin təsiri ilə dəyişdirildiyi bildirilib.
2014-cü ilin noyabrın FİS-in xüsusi komissiyası taylandlı idmançını nəticələri dəyişdirməkdə ittiham edərək 4 illik diskvalifikasıya edərək, nəticələri də ləğv edilib.
CAS, FİS-in faktla bağlı yetərincə dəlili olmadığı üçün Mey ilə bağlı qərarını ləğv edib. Məhkəmə 36 yaşlı idmançının Soçidə iştirakı ilə bağlı ikinci apellyasiyasını da təxirə salıb.