
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi üçün fəaliyyətə başlayan Uniforma və Akkreditasiya Mərkəzində 140-dən çox könüllü çalışır.
Sportnet.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları üzrə baş meneceri Lamiyə Şahməmmədova açıqlama verib.
O, yarış üçün rekord sayda - 31 min nəfərin könüllü olmaq üçün qeydiyyatdan keçdiyini söyləyib: "16 mini müsahibəyə çağırılıb və onlardan 2 minə yaxını Bakıdakı yarış üçün seçilib".
Qeyd edək ki, Azərbaycan Qran Prisi 19 - 21 sentyabrda olacaq.