
Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən “Denis Ten Memorial Challenger” seriyasının yarışında uğurlu çıxışla yadda qalıb.
Sportnet.az xəbər verir ki Təmsilçimiz sərbəst proqramda “Dördlü Salxov” elementi üzrə +2.91 xal toplayaraq, son olimpiya rekordunu yeniləyib. Bu göstərici ilə Kaluqina əvvəlki rekordun sahibi, yaponiyalı idmançı Mao Şimadanı geridə qoyub.
Arina Kaluqina yarışda 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq yekun nəticədə bürünc medala layiq görülüb.