Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Çinin Çongqinq şəhərində keçirilən “Cup of China” adlı Qran Priyə qatılıb.
Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Litvintsev qısa və sərbəst proqramda çıxış edib.
O, 12 idmançı arasında 222.64 xal toplayaraq 6-cı yerə sahib olub.
q













































































