Azərbaycan tarixində ilk dəfə fiqurlu konkisürən Avropa çempionatında iştirak edəcək.
Sportnet.az xəbər verir ki, 27-30 noyabrda İstanbulda keçirilən “Bosphorus Cup” adlı yarışda qısa və sərbəst proqram üzrə çıxış edən fiqurlu konkisürənimiz Nərgiz Süleymanova 26 idmançı arasında 156.53 xal toplayaraq qızıl medal sahib olub və Avropa Çempionatına vəsiqə qazanıb.
Həmçinin idmançımız Səbinə Əliyeva öz rəqibləri arasında 137.22 xal toplayaraq 6-cı yerə, yeniyetmə idmançımız Arina Kalugina isə 154.85 xalla 5-ci yerə sahib olublar.






































































