Hokkey üzrə Stenli Kubokunun dördqat qalibi Fil Qoyett dünyasını dəyişib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Kanadanın “Monreal Kanadiens” klubunun mətbuat xidməti məlumat yayıb.
Sabiq xokkeyçi 92 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Klubun yaydığı açıqlamada bildirilir ki, Fil Qoyett 17 yanvar tarixində dünyasını dəyişib və ailəsi göstərilən diqqət və başsağlığına görə ictimaiyyətə təşəkkür edib.
Qeyd edək ki, Fil Qoyett Kanadanın “Monreal Kanadiens” klubu ilə 1957, 1958, 1959 və 1960-cı illərdə Stenli Kubokunun qalibi olub. O, karyerası ərzində ABŞ-ın “Nyu-York Reyndjers”, “Sent-Luis” və “Buffalo” klublarında da çıxış edib.











































































