Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov Mərakeşin paytaxtı Rabatda keçirilmiş Açıq Afrika Kubokunda qızıl medal qazanıb.
Sportnet.az-ın Azərbaycan Triatlon Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Pevtsov 44 idmançının mübarizə apardığı yarışında 57 dəqiqə 28 saniyə nəticə göstərib. O, ən yaxın izləyicisi, fransalı Maksim Нüber-Müsbrügeri 1 saniyə qabaqlayıb. Qadınların mübarizəsində isə yığmanın üzvü Darina Moskalenko 1 saat 6 dəqiqə 53 saniyəlik nəticə ilə 6-cı olub. Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.
Qeyd edək ki, Rostislav Pevtsov ötən ay İspaniyanın Las-Palmas şəhərindəki Avropa Kubokunun da qalibi olub.