1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Bakı Marafonu - 2018”in keçiriləcəyi tarix müəyyənləşdi
"Bakı Marafonu - 2018”in keçiriləcəyi tarix müəyyənləşib.
"Report” layihənin rəsmi saytına istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq yarış mayın 13-də baş tutacaq.
"Bakı Marafonu - 2018”in məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. Marafon Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Qeyd edək ki, Bakıda ilk marafon yarışı 2016-cı il mayın 1-də, ikinci yarış isə 2017-ci il aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl” şüarı altında keçirilib. Hər iki marafona Dövlət Bayrağı Meydanından start verilib, yarışın fan zonası isə finiş nöqtəsində - Bakı Olimpiya Stadionunda yaradılıb. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi əyləncə proqramları təşkil olunub.