1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Başından güclü zərbə aldı, oyunu davam etdirə bilmədi - VİDEO
Kanadanın "Monreal Kanadiens” komandasının hücumçusu Endryu Şou Milli Hokkey Liqasında "Dallas Starz”la görüşü başa çatdıra bilməyib.
Sportnet.az xəbər verir ki, 27 yaşlı hokkeykçi üçüncü periodun gedişində rəqib müdafiəçi Qreq Paterinə qarşı güc fəndi tətbiq edib. Lakin Şou onunla baş-başa toqquşaraq yıxılıb və yerdə qalıb.
Çətinliklə ayağa qalxan idmançıya meydandan çıxmaq üçün komanda yoldaşları köməklik göstəriblər. Matçdan sonra Şou müayinədən keçməli olub. Müayinənin nəticəsi hələlik açıqlanmasa da, hokkeyçinin karyerası ərzində bir neçə dəfə beyninin silkələndiyi bildirilir.
Qeyd edək ki, matç "Monreal Kanadiens”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.