1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda qalib oldu, Bakıya qələbə ilə gəlir
Formula 1 üzrə Çin Qran Prisinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışın qalibi adını "Red Bull" pilitu Daniel Rikkardo qazanıb. Avstraliyalı pilot 56 dövrəlik mübarizəni 1 saat 35 dəqiqə 36,380 saniyə nəticə ilə birinci pillədə başa vurub. Sonrakı ikinci yeri "Mercedes" və "Ferrari"nin finlandiyalı pilotları Valtteri Bottas və Kimi Raykonnen əldə edib. Onlar liderdən müvafiq olaraq, 8,894 saniyə və 9,637 saniyə geri qalıblar.
Ötən mövsümün qalibi, "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton liderdən 16,985 saniyə geri qalaraq, 4-cü yerlə kifayətlənib. Bu mövsümün lideri - "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel isə 35,286 saniyə geridə 8-ci olub. Ümumilikdə 20 pilotdan 19-u finişə çata bilib. "Honda"nın yeni zelandiyalı pilotu Brendon Hartli 51-ci dövrədə çıxışını başa vurub.
Rikkardo karyerasında 6-cı qələbəni əldə edib. O, son uğuruna ötən il Azərbaycan Qran Prisində sahib çıxıb. Növbəti Qran Pri də məhz Bakıda 27 - 29 apreldə təşkil olunacaq.
Qeyd edək ki, 3 dövrədən sonra Fettel 50 xalla 1-ci, Hemilton 33 xalla 2-ci, Bottas 22 xalla 3-cü pillədə qərarlaşıb. Rikkardo isə 12 xalla 7-ci pilləyə yüksəlib. Avtomobillərin mübarizəsində "Ferrari" 65 xalla 1-ci, "Mercedes" 55 xalla 2-ci, "Reno" 22 xalla 3-cü, "Red Bull" 20 xalla 4-cüdür.