
Xokkey
üzrə Slovakiya millisinin keşmiş kapitanı Milan Kolena qəza törədib.
Spornet.az-ın məlumatına görə, kapitan içkinin təsiri ilə avtomobilini böyük
sürətlə ağaca vurub.
20
yaşlı xokkeyçinin avtomobilində 3 nəfər olub. Hadisə zamanı Milan çanaq və
əlindən sınıq yarası alıb. Digər 3sərnişin isə ciddi zədə alıblar. Onlardan
birini beyin əməliyyatı gözləyir.
Polisin məlumatına görə zərərin qiyməti 25 min dollar dəyərindədir. İndi Milan Kolenanı 1 ildən 3 ilə qədər həbs gözləyir.