Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasında Bakıda səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin (İOC)
prezidenti Tomas Baxa akademiyanin fəxri doktoru adı verilməsi münasibətilə
tədbir keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə
almaniyalı olimpiya və dünya çempionu ilə yanaşı, gənclər və idman naziri Azad
Rəhimov, İOC-un fəxri prezidenti Jak Roqqe, Milli Olimpiya Komitəsinin (MOK)
vitse-prezidenti Çingiz Hüseynzadə də qatılıb.
Tədbiri açan akademiyanın rektoru və MOK-un baş katibi Ağacan Abiyev Azərbaycan
paytaxtına ilk dəfə səfər edən Baxın karyerası barədə danışıb. Abiyev
bildirib ki, akademiya yüksək nailiyyətlərini nəzərə alaraq, İOC prezidentini
öz sıralarına qəbul etməyi və ona fəxri doktor diplomu verməyi qərara alıb.
Sonra təltifetmə mərasimi keçirilib. Diplomu Baxa Abiyevin özü təqdim edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |