2019-cu
ildə Avropa Oyunlarının paytaxtı Avropa Olimpiya Komitəsinin (EOC) gələn il
may ayında növbədənkənar iclasında məlum olacaq. Sportnet.az-ın məlumatına
görə, bu qərar 21-22 noyabr tarixlərində Bakıda təşkilatın baş assmbleyasının
iclasında elan edilib.
2019-cul
il Avropa Oyunlarının paytaxtının bu iclasda açıqlanması planlaşdırılsa da
daha sonra 6 ay təxirə salınmasına qərar verilib. Təxirə salınmanın əsas səbəbi
kimi EOC-un 6 namizəddən hansının daha layiqli olduğunu aydınlaşdırmaqdı.
EOC-un prezidenti Patrik Hikki bu qərarın 6 namizəd şəhərin qiymətləndirilməsində xeyirli olacağını bildirib: "Yeni cədvəl bizə imkan verəcək ki, 6 namizəd şəhərdən hansının Avropa Oyunlarını keçirməyə layiq olduqlarını araşdıraq”.