
Gənclər və İdman Nazirliyi koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri dəstəkləyir.
Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın Sportnet.az-a verdiyi məlumata görə, qurum Prezident İlham Əliyevin təşəbbüsünə qoşulub. 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna nazirlik əməkdaşlarının əmək haqlarının bir hissəsi - 30 min manat məbləğində vəsaiti köçürülüb.