"Apex Legends" kiber oyunu üzrə "Team Liquid" komandasının üzvü Brenden Kasper Marinonun koronavirus testinin nəticəsi müsbət çıxıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 27 yaşlı oyunçu şəxsi "Twitter" hesabı vasitəsilə açıqlama verib. O, 8 - 10 gündən sonra özünü daha yaxşı hiss edəcəyini, amma hələlik 2 həftə öz otağında oturmalı olacağını vurğulayıb.
Kasper "Apex Legends" turniri zamanı özünü pis hiss edib. Buna baxmayaraq, o, əvəzedicisi olmadığı üçün oynamağa davam edib. Ona görə də "Team Liquid" komandası yaxşı nəticə göstərə bilməyib və 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Brenden Kasper Marino karyerası ərzində 5 min dollar udub. O, kiberidman üzrə koronavirusa yoluxan ilk oyunçudur.