
Kanadada 18-22 apreldə keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.
Sportnet.az-ın Beynəlxalq Konkisürmə İttifaqının rəsmi saytına istinadən məlumatına görə, Seulda (13-15 aprel) keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan (3-5 aprel) sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.
Qeyd edək ki, Kanada hökuməti aprelin 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı.