"Formula 1"in fəxri prezidenti və keçmiş sahibi Berni Ekklstoun tarixi şəxsiyyətlər barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, ingiltərəli iş adamı "AutoCar"a müsahibəsində Adolf Hitleri bəyəndiyini, amma onunla fəxr etmədiyini bildirib. "Hitler 1930-cu illərdə hakimiyyətə gəldikdən sonra bir çox diqqətçəkən iş görüb. Xəstəxanalar, qatarlar və s. Amma sonrası ağılsızlıq və yanlışlıq olub" deyə Ekklstoun əlavə edib.
90 yaşlı milyarderin fikrincə, ABŞ prezidenti Donald Tramp əla işlər görür və öz ideyalarına əməl edir. O, Rusiya prezidenti Vladimir Putini isə belə dəyərləndirib: "Putinlə tanışam. O, dünyadakı reputasiyasına layiq deyil. Sadə və düzünə insandır".
Qeyd edək ki, Berni Ekklstoun "Formula 1"ə 1987 - 2017-сi illərdə rəhbərlik edib.