Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvləri Yay və
Qış Olimpiya oyunları iştirakçılarının təxmini sayını təqdim edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə məlumat qurumun 127-ci sessiyasının
növbədənkənar iclasında verilib.
Təsdiq olunmuş təkliflərdə Yay Olimpiya Oyunlarında
10500-ə yaxın idmançının iştirakına icazə verilib. Oyunlarda 310 dəst medal
uğrunda mübarizə gedəcək.
Qış Olimpiya Oyunlarında isə 2900 idmançı 100 medal
dəsti uğrunda yarışacaqlar.
Qeyd edək ki, təklif IOC-un bu gün Monakoda 127-ci sessiyasının növbədənkənar iclasında təsdiq olunub.