Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax) və rayonlarda (Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) açıq havada idman yarışlarının və oyunlar da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinə qoyulan qadağa qüvvədə saxlanılıb.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Operativ Qərargah məlumat yayıb.
Qadağa 2020-ci il 31 avqust saat 00:00-dək davam edəcək.