
Kanadanın Edmonton şəhərində gənclər arasında keçirilən hokkey üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, 1/4 final mərhələsini Rusiya, Finlandiya, Kanada və ABŞ yığmaları adlayıb. Final yolunda ABŞ Finlandiyanı, Kanada isə Rusiyanı sınağa çəkəcək.
Görüşlər yanvarın 5-də keçiriləcək.