"Böyük Dəbilqə" seriyalı turnirlərin rusiyalı 5 qat qalibi, dünyanın bir nömrəli keçmiş tennisçisi Mariya Şarapova hamilədir.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı idmançının sosial şəbəkədə dərc etdiyi çimərlik fotosunda qarnının böyüdüyü nəzərə çarpıb.
O yazıb: "Qiymətli başlanğıc. Bayram tortunun iki nəfərə yeyilməsi üzrə hər zaman ixtisaslaşmışam".
Şərhlərdə hamı Şarapovanı hamiləliyi münasibətilə təbrik edib. Məşhur tennisçi ötən gün yubileyini qeyd edib.
Xatırladaq ki, 2020-ci ilin dekabrında Mariya Şarapovanın britaniyalı biznesmen və təsviri incəsənət əsərlərinin satışı üzrə ixtisaslaşmış "Paddle 8" onlayn hərrac evinin təsisçilərindən olan Aleksandr Gilkslə nişanlanıb. O, peşəkar karyerasını 2020-ci ilin fevralında başa vurub.