Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib.
Sportnet.az-ın məlumatına görə, "Buta Palas"da təşkil olunan tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2023-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağına ümidvar olduğunu vurğulayıb.
Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. 2022-ci ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən aşağıdakı nominantlar təltif ediliblər:
2022-ci ilin ən yaxşı qadın idmançısı
1. Anna Başta (qılıncoynatma)
2. Gövhər Beydullayeva (şahmat)
3. Zöhrə Ağamirova (bədii gimnastika)
2022-ci ilin ən yaxşı kişi idmançısı
1. Eldəniz Əzizli (yunan-Roma güləşi)
2. Abdulla Qədimbəyli (şahmat)
3. Hidayət Heydərov (cüdo)
2022-ci ilin ən yaxşı qadın komandası
1. Bədii gimnastika qrup hərəkətləri komandası
2. Voleybol üzrə milli komanda
3. Qılıncoynatma üzrə mili komanda
2022-ci ilin ən yaxşı kişi komandası
1. “Qarabağ” FK
2. Minifutbol üzrə milli komanda
3. Basketbol 3x3 üzrə milli komanda
2022-ci ilin ən yaxşı məşqçisi
1. Qurban Qurbanov (“Qarabağ” FK)
2. Aleksandr Tarakanov (yunan-Roma güləşi)
3. Siyana Vasileva (bədii gimnastika)
2022-ci ilin hakimi
1. Əliyar Ağayev (futbol)
2. Nazim Umbayev (cüdo)
3. Anar Babanlı (boks)
2022-ci ilin idman tibb personalı
1. Aydın Ağaliyev (gimnastika)
2. Raif Refetov (gimnastika)
3. Natiq Süleymanov (futbol)
2022-ci ilin idman federasiyası
1. Azərbaycan Cüdo Federasiyası
2. Azərbaycan Gimnastika Federasiyası
3. Azərbaycan Güləş Federasiyası
2022-ci ilin idman klubu
1. “Qarabağ” FK
2. “Ocaq” gimnastika klubu
3. “Neftçi” FK
2022-ci ilin Olimpiya İdman Kompleksi
1. Göygöl OİK
2. Şəki OİK
3. Gəncə OİK
2022-ci ilin idman qurğusu
1. Su İdmanı Sarayı
2. Mili Gimnastika Arenası
3. “Kür” Olimpiya Tədris İdman Mərkəzi
2022-ci ilin Uşaq-Gənclər İdman Məktəbi
1. 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbi (Sumqayıt)
2. “Vətən” RİOEUG Futbol Məktəbi
3. Şabran UGİM
2022-ci ilin Ədalətli oyun (Fair Play) mükafatçısı
1. Qurban Qurbanov (“Qarabağ” FK)
2. Azərbaycan Badminton Federasiyası
3. Elnurə Məmmədova (güləş)
2022-ci ilin idman tədbiri
1. “Prezident kuboku” reqatası (Suqovuşan-Mingəçevir)
2. Şəkidə “İdman Festivalı 2022”
3. Yunan-Roma güləşi üzrə dünya kuboku
2022-ci ilin idman kəşfi
1. Gövhər Beydullayeva (şahmat)
2. Abdulla Qədimbəyli (şahmat)
3. Ramil Vəlizadə (üzgüçülük)
2022-ci ilin ən fəal idman jurnalisti
1. Gəray Qiyasov (Real TV)
2. Sənan Şəfizadə (ATV)
3. Zəki Feyzullayev (Azerisport)
2022-ci ilin idman fotoqrafı
1. Dilavər Nəcəfov (AGİN)
2. Valeri Xlızov (AGF)
3. Zaur Mustafayev (Trend)
2022-ci ilin idman filmi
1. “Uğurlar – Elçin Əsədov”
2. “Əvvəl və sonra” (Kifayət Qasımova)
3. “Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır” (AGF)
2022-ci ilin idman media qurumu
1. İctimai TV
2. CBC Sport TV
3. İdman TV
Sonda isə Azərbaycan idmançılarının reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılar mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib.
-------------------------------------------------------
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin idman yekunları" adlı qala mərasimində daha 4 nominasiya üzrə qaliblər açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, Bakı Su İdman Sarayı ilin idman qurğusu adın layiq görülüb. Milli Gimnastika Arenası ikinci, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi üçüncü olub.
1 saylı uşaq gənclər şahmat məktəbi ilin Uşaq-Gənclər İdman Məktəbi seçilib. Onu “Vətən” RİOEUG Futbol Məktəbi və Şabran UGİM izləyib.
İlin fair play mükafatı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təqdim edilib. Bu nominasiya üzrə ikinci yeri Azərbaycan Badminton Federasiyası, üçüncü yeri isə qadın güləşçisi Elnurə Məmmədova tutub.
“Prezident kuboku” reqatası (Suqovuşan-Mingəçevir) ilin idman tədbiri nominasiyası üzrə qalib olub. İlk "üçlüy"ü Şəki “İdman Festivalı 2022” və Yunan-Roma güləşi üzrə Dünya Kuboku tamamlayıb.
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin idman yekunları" adlı qala mərasimində daha 3 nominasiya üzrə qaliblər müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyası ilin idman federasiyası seçilib. Azərbaycan Gimnastika Federasiyası ikinci, Azərbaycan Güləş Federasiyası üçüncü olub.
"Qarabağ" ilin idman klubu nominasiyasında da bütün rəqiblərini üstələyib. İkinci yeri "Ocaq Sport" gimnastika klubu tutub. İlk "üçlüy"ü "Neftçi" futbol klubu tamamlayıb.
Göygöl Olimpiya İdman Kompleksi ilin ən yaxşı olimpiya idman kompleksi adına layiq görülüb. Şəki Olimpiya İdman Kompleksi ikinci, Gəncə Olimpiya Kompleksi üçüncü yeri tutub.
--------------------------------------------------------
Gənclər və İdman Nazirliyi "İlin idman yekunları" adlı qala mərasimində daha 3 nominasiya üzrə qaliblər müəyyənləşir.
Sportnet.az-ın məlumatına görə, ən yaxşı kişi komandaları arasında "Qarabağ" futbol klubu qalib olub. Mini futbol üzrə yığma ikinci, 3x3 basketbol millisisi üçüncü yeri tutub.
İlin ən yaxşı baş məşqçisi "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov seçilib. Onu yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və bədii gimnastika üzrə yığmanın çalışdırıcısı Siana Vasileva izləyib.
Futbol üzrə FIFA referisi Əliyar Ağayev ilin ən yaxşı hakimi adına layiq görülüb. Cüdo hakimi Nazim Umbayev ikinci, boks hakimi Anar Babanlı isə üçüncü olub.
Gənclər və İdman Nazirliyi "İlin idman yekunları" adlı qala mərasimi keçirir.
Sportnet.az-ın məlumatına görə, "Buta Palace" sarayında təşkil olunan mərasimdə artıq 3 nominasiya ilə bağlı qaliblər bəlli olub.
İlin ən yaxşı qadın idmançısı qılıncoynatma üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı Anna Başta seçilib. Şahmat üzrə 20 yaşlılar arasında dünya çempionu olmuş Gövhər Beydullayeva ikinci, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova üçüncü olub.
İlin ən yaxşı kişi idmançısı nominasiyasında yunan-Roma güləşçisi Eldəniz Əzizli bütün rəqiblərini qabaqlayıb. Şahmatçı Abdulla Qədimbəyli ikinci, cüdoçu Hidayət Heydərov üçüncü yeri tutub.
İlin ən yaxşı qadın komandası adına bədii gimnastika üzrə qrup hərəkətləri komandası layiq görülüb. Voleybolçulardan ibarət yığma ikinci, qılıncoynatma üzrə milli komanda üçüncü yerlə kifayətlənib.