"Bəzi federasiyalar bizə vaxtında və düzgün məlumatlar, siyahılar vermir. Bu da bizim işimizi çətinləşdirir".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
O, bu sözlərin bütün federasiyalara aid olmadığını söyləyib: "Özləri kimə aid olduğunu bilirlər. Daim onlarla əlaqədəyik. Bəzən isə bizə tövsiyələr verirlər. Bu, qəbuledilməzdir. Yaxşı olar ki, agentliyimizə test aparmaq qaydası deyilməsin".