1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakıda keçiriləcək "Formula 1"in ilkin tarixi müəyyənləşib
2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" üzrə Bakı Qran Prisinin ilkin tarixi müəyyənləşib. Sportnet.az-ın "Autosport.com"a istinadən məlumatına görə, yarış iyulun 17-də paytaxtın mərkəzi küçələrində təşkil olunacaq.
Britaniya və Avstriyadakı, habelə Almaniya və Macarıstandakı Qran Prilər bir həftəlik fərqlə keçirilsələr, Avropa Qran Prisi üçün məhz bu tarix daha məntiqli görünür.
Ümumilikdə növbəti "Formula 1" mövsümü 21 mərhələdən ibarət olacaq. Mövsüm aprelin 3-də Avstraliya Qran Prisi ilə start götürəcək və noyabrın 27-də Abu Dabi Qran Prisi ilə yekunlaşacaq.
Amma yarışı idarə edən "Formula One Group" şirkətinin mətbuat xidmətindən bildirilib ki, gələn ilin təqvimi təsdiqlənməyib.