Avropa klub turnirlərinin tarixində ilk yaşanıb.
Sportnet.az xəbər verir ki, 2025/2026 mövsümündə ilk dəfə olaraq UEFA-nın bütün klub turnirlərinin finalında eyni ölkənin təmsilçiləri yer alacaq.
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının finalına yüksəlməyi İngiltərə klubları bacarıb. Bununla da ingilis futbolu Avropa kuboklarında tarixi nailiyyətə imza atıb.
Qeyd edək ki, Konfrans Liqası 2021/2022 mövsümündən keçirilir. İngiltərə təmsilçiləri daha əvvəl 2023 və 2025-ci illərdə bu turnirin finalına çıxsalar da, həmin mövsümlərdə Avropa Liqası və Çempionlar Liqasının finalında İngilis klubları yer almamışdı. 2026-cı ildə isə ilk dəfə hər üç turnirin finalında İngiltərə komandaları iştirak edəcək.




















































































