
"Red Bull" pilotu Maks Ferstappen Formula 1 üzrə Avstriya Qran Prisində çıxışını birinci dövrədəki qəza ilə əlaqədar erkən başa vurub.
Sportnet.az xəbər verir ki, dördqat dünya çempionu "Mercedes" sürücüsü Andrea Kimi Antonelli ilə toqquşub.
Bundan sonra trasa təhlükəsizlik maşını gəlib. İnsident nəticəsində hər iki pilot yarışdan çıxıb.
Ferstappen yürüşə 7-ci, Antonelli 9-cu yerdən başlamışdı.
Qeyd edək ki, Avstriya Qran Prisinin startı "Uilyams" pilotu Karlos Saynsın bolidinin alışması üzündən 15 dəqiqəlik təxirə salınıb.