Fransanın "Dams” komandasının pilotu Aleksandr Olbon Bakıda keçirilən "Formula-2” üzrə birinci yarışın qalibi olub.
Sportnet.az-ın məlumatına görə, tailandlı pilot 1 saat 3 dəqiqə 41 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. "Art Grand Prix”in sürücüsü Cek Aytken ikinci, "Charouz Racing System”in pilotu Antonio Fuoko isə üçüncü yeri tutub.
Qeyd edək ki, "Formula-2”nin ikinci yarışı saat 13:10-da start götürəcək və 21 dövrədən ibarət olacaq.
---------------
Sportnet.az-ın məlumatına görə, hər birindən iki sürücü olmaqla, 10 komandanın pilotları 60 dəqiqə ərzində 29 dövrə vuraraq qalibi müəyyənləşdirəcəklər. Aprelin 27-də baş tutan sıralama turunda qeydə alınan nəticələrə əsasən, pilotlar Hökümət Evinin qarşısındakı start xəttində aşağıdakı formada düzülüblər.
1. Aleksandr Olbon ("Dams”)
2. Lando Norris ("Carlin”)
3. Corc Rassel ("Art Grand Prix”)
4. Luka Qotto ("Campos Vexatec Racing”)
5. Serxio Sette Kamara ("Carlin”)
6. Cek Aytken ("Art Grand Prix”)
7. Arcan Meyni ("Trident”)
8. Nik de Vris ("Prema Powerteam”)
9. Ralf Boşunq ("MP Motor Sports”)
10. Tadasuke Makino ("Russian Time”)
11. Roberto Meri ("MP Motor Sports”)
12. Antonio Fuoko ("Charouz Racing System”)
13. Lui Deletraz ("Charouz Racing System”)
14. Şon Qelael ("Prema Powerteam”)
15. Artyom Markelov ("Russian Time”)
16. Roy Nissani ("Campos Vexatec Racing”)
17. Maksimilian Günter ("BWT Arden”)
18. Nirey Fukudzumi ("BWT Arden”)
19. Santino Ferruççi ("Trident”)
20. Nikolas Latifi ("Dams”)
"Formula 2”nin ikinci yarışı saat 13:10-da start götürəcək və 21 dövrədən ibarət olacaq.
Xatırladaq ki, builki mövsüm 12 turdan ibarətdir. Hər tur bir Qran Pri həftəsonunu əhatə edir və həmin vaxt 2 yarış baş tutur. Artıq "Formula 2” çempionatının ilk turu keçirilib. İlk turun 1-ci yarışında "Carlin” komandasının pilotu Lando Norris, 2-ci yarışında isə "Russian Time” komandasının pilotu Artyom Markelov qələbə qazanıb. Hazırda xal cədvəlində ilk sırada 39 xalla Norris yer alır. Onu 30 xalla Markelov və 28 xalla "Carlin” komandasının pilotu Serjio Setta Kamara izləyir.