
"Formula 2" və "Formula 3" üzrə dünya çempionatında 2022 mövsümündə mərhələlərin formatında dəyişiklik olacaq.
Sportnet.az hər iki yarışın rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra 5-ci gün sınaq və sıralama yürüşü, növbəti gün sprint yarışı, bazar günü isə əsas mərhələ baş tutacaq.
2021 mövsümündə şənbə günləri iki sprint yarışı, bazar günü isə əsas mərhələ gerçəkləşir.
Növbəti mövsümün təqvimi daha sonra açıqlanacaq.