"Azərbaycanda keçirilən assambleyada iştirak etmək bizim üçün böyük şərəf oldu. Xalqınız çox qonaqpərvərdir, burada mehribanlıqla qarşılandıq. Azərbaycanın mədəniyyəti zəngin, mətbəxi isə heyrətamizdir – hər yemək bizim üçün unudulmaz təcrübə idi".
Sportnet.az xəbər verir ki, bu sözləri Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyer qurumun Azərbaycanda keçirilən ilk Plenar Assambleyası barədə danışarkən deyib.
O, tədbirin uğurlu təşkilinin və Azərbaycanla tərəfdaşlıqlarının peşəkar səviyyədə olmasının sevindirici hal olduğunu bildirib: "Gələcəkdə birgə layihələri davam etdirmək imkanlarını səbirsizliklə gözləyirik. Beynəlxalq Xizək Alpinizmi Federasiyası adından bu unudulmaz təcrübəyə görə Azərbaycana təşəkkür edirik”.
Qeyd edək ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Bakıda keçirilən 17-ci Plenar Assambleyasında 24 ölkədən 60-a yaxın nümayəndə iştirak edir.