Fiqurlu konkisürmə üzrə “Bavariya Open” davam edir.
Sportnet.az xəbər verir ki, Almaniyanın Oberstdorf şəhərində keçirilən yarışda qadınların mübarizəsinə yekun vurulub.
İdmançılar sərbəst proqramda bacarıqlarını göstəriblər.
Azərbaycan təmsilçisi Nərgiz Süleymanovanın çıxışı 95,70 xalla qiymətləndirilib. O, 17 iştirakçı arasında 7-ci yeri tutub.
Nərgiz iki çıxışın yekununda 139,01 xal toplayıb. O, Almaniyadakı turniri 8-ci yerdə başa vurub.
Qeyd edək ki, turnirə yanvarın 26-da yekun vurulacaq.