
Növbəti qalmaqal "Daks"ın müdafiəçisi Ben Lavcoy Co Pavelski arasında yaşanıb. Ardından Cekmen ilə Skott bir-birinə dəyib. Ancaq sonuncunun buza çıxmaq hüququ olmadığından hakim onu oyunun sonuna kimi meydandan qovub. Qarşılaşmanın sonlarına yaxın "Anahaym"ın kapitanı Rayan Qetslaf ilə rəqibi Ceyms Şeppard əlçəklərini atıblar.
Oyun "akulalar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hazırda "San Xose", "Anahaym" və "Los Anceles" turnir cədvəlinə liderlik edirlər.
Qalmaqallı görüşdən hazırlanmış videonu təqdim edirik: