1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronalduya "mavi" dedilər
Portuqaliya milli komandasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu kikboksçu yaxın dostu Bədr Harini görmək üçün həftədə 4 dəfə Mərakeşə uçur. Sportnet.az-ın "Mirror"a istinadən məlumatına görə, 30 yaşlı hücumçu paytaxt Rabata bazar ertəsindən cümə axşamınadək məşqdən sonra şəxsi təyyarəsi ilə gedir.
O, "Santyaqo Bernabeu" stadionunda komanda ilə birgə səhər məşqinə çatdıra bilməsi üçün evinə gecə qayıdır. Bununla əlaqədar Ronaldu homoseksual əlaqələrdə şübhəli bilinir. Nəşr yazır ki, "kral klubu"nun rəhbərliyi futbolçunun Mərakeşə müntəzəm səfərlərindən narahatdır. Klub rəsmilərinin fikrincə, təcrübəli forvard müqavilə şərtlərini pozmasa da, tez-tez baş verən uçuşlarla əlaqədar formadan düşür.
Qeyd edək ki, Kriştianu Ronaldunun Bədr Harinin əllərində poz verdiyi fotolar ilk dəfə oktyabrda futbolçunun "İnstagram"ında peyda olub. Şəkillərdən birinə Hari zarafatca "Biz Ronaldu ilə evlənmişik" yazıb.