![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739182377_tr.jpg)
Azərbaycan milli komandasının cüdoçusu Hidayət Heydərovun yeni sponsoru müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu açıqlama verib.
"Yango" taksi şirkəti yeniyetmələrdən ibarət milli komandanın inkişafına dəstək olacaq. Bu şirkət olimpiya çempionumuz Hidayət Heydərovun da şəxsi sponsoru olacaq. Əməkdaşlığımız Azərbaycan cüdosunda uğurların artmasına dəstək olacaq", - deyə Rəsullu bildirib.
Şirkətin rəsmi nümayəndəsi Müşfiq Həsənov isə bu əməkdaşlığın müsbət tərəflərinə toxunub: "Federasiyaya və sürücülərin ailələrinə dəstək olmaq istəyirik. Kim bilir, bəlkə onların ailələrindən yaxşı cüdoçular çıxacaq? İnsani baxımdan da bu dəstəyi verməliyik. Xüsusi proqram tərtib edəcəyik ki, bu vasitə ilə gənclərimiz cüdoya yönəlsin. Özəl şirkətlər üçün də bunun bir nümunə olmasını istəyirik".
Qeyd edək ki, "Yango" Azərbaycan Cüdo Federasiyasının yeni sponsoru olub.