
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri davam edir.
Sportnet.az xəbər verir ki, yarışa Azərbaycan millisinin daha 2 idmançısı qələbə ilə start verib.
75 kq-da çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. Kazımzadə 1/4 finalda Cavohir Ummataliyevlə (Özbəkistan) üz-üzə gələcək.
Sərxan Əliyev (71 kq) 1/8 finalda Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Boksçumuz ikinci döyüşündə Farux Toxtassunovu (Qazaxıstan) sınağa çəkəcək.
Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.