
Azərbaycanın yeniyetmə boksçulardan ibarət millisi Gürcüstan yığması ilə birgə hazırlığa başlayıb.
Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışı keçir.
Gürcüstan yığması ilə birgə hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və yığma ertəsi gün Bakıya qayıdacaq.