
Azərbaycan milli komandasının cüdoçusu Balabəy Ağayev Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Ağayev finalda yerli cüdoçu Mehrzod Sufiyevlə qarşılaşıb.
Görüşdə qələbə qazanan 26 yaşlı cüdoçu qızıl medal əldə edib.
Azərbaycanın digər cüdoçusu Yaşar Nəcəfov (66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Artyom Şturbabinə uduzaraq, 5-ci yerlə kifayətlənib.