
Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Qala mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, qala-gecədə idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.
Mərasimdə Milli Olimpiya Komitəsinin namizədliyini irəli sürdüyü Azərbaycan taekvondoçusu, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb.
Tədbirdə Maqomedovun Avropa təşkilatına ünvanladığı videoçarx da nümayiş etdirilib.