
Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Bosniya və Hersevqovinanın paytaxtı Sarayevoda keçirilmiş Avropa Kubokunda 4 medal qazanıb.
Sportnet.az xəbər verir ki, yığma üzvləri 2 qızıl, 2 bürünc medala sahib olub.
48 kq çəki dərəcəsində Könül Əliyeva qızıl, Leyla Əliyeva bürünc medal əldə edib.
52 kq çəkidə Gültac Məmmədəliyeva qızıl medala yiyələnib.
İlk yarış günündə isə 78 kq çəkidə Günel Həsənli bürünc medala sahib çıxıb.