
Azərbaycan boksçuları Məsud Yusifzadə və Ömər Aslanlı antidopinq qaydalarını pozduqları üçün cəzalandırılıb.
Bu barədə Sportnet.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Yusifzadə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay, Aslanlı isə qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24 ay müddətinə diskvalifikasiya edilib.