
Cüdo tariximizdə ilk dəfə azərbaycanlı referi böyüklər arasında dünya çempionatına dəvət alıb.
Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, Nazim Umbayev həm də Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvüdür. Dünya çempionatı iyunun 20-də başa çatacaq.