
Bu gün Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Sportnet.az xəbər verir ki, ikinci yarış günündə kişilərdən Ruslan Paşayev, qadınlardan isə Gültac Məmmədəliyeva tatami üzərinə çıxacaq.
Onların hər ikisi mübarizəyə 1/32 finla mərhələsindən başlayacaq.
66 kq çəki dərəcəsində mübarizə aparan Paşayev braziliyalı Ronald Lima ilə münasibətlərə aydınlıq gətirəcək.
52 kq-da yarışan Məmmədəliyeva isə əslən rusiyalı olan Kipr təmsilçisi Sofia Asvesta ilə üz-üzə gələcək.
Dünya çempionatı
14 iyun
Kişilər
66 kq
1/32 final. Ruslan Paşayev - Ronald Lima (Braziliya)
Qadınlar
52 kq
1/32 final. Gültac Məmmədəliyeva - Sofia Asvesta (Kipr)
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə kişilərin mübarizəsində Əhməd Yusifov (66 kq), qadınlarda isə Leyla Əliyeva ilə Könül Əliyeva (hər ikisi 48 kq) erkən məğlub olaraq, mübarizəni medalsız başa vurublar.