
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionu koreyalı Kim Seheonla üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kotsoyev bürünc medal qazanıb. 27 yaşlı idmançı ardıcıl dördüncü dəfə dünya çempionatlarında fəxri kürsüyə yüksəlməyi bacarıb. Daha əvvəl o, 2022 və 2023-cü il mundiallarında bürünc, 2024-cü ildə isə qızıl medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın Budapeştdəki dünya çempionatında üçüncü medalı olub. Daha əvvəl Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) də bürünc medal əldə edib. Rəşid Məmmədəliyev (73 kq) isə 7-ci yerlə kifayətlənib.